Diplom ala bilməyən tələbələrə güzəştlər edilsin













Son günlər bir sıra tələbələrin yaranmış imtahan probleminə əvvəlki semestrlərdən qalma kəsrləri də əlavə olunub. Ancaq mövcud vəziyyətlə əlaqədar, əvvəlki illərdən fərqli olaraq bu il yay məktəbi və alt qrupların ləğvi onları çıxılmaz vəziyətə salıb.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Kamran Əsədov -Təhsil eksperti: “Tələbələrə yalnız içində olduğumuz 2-ci semestrlə bağlı güzəştlər tətbiq edildi. Əgər bizim tələbələrimiz hal-hazırda imtahan verirlərsə orada 2-3, hətta 5–6 fənndən kəsrləri yaranarsa onlara imkan veriləcək ki, avqust ayında icmal dərslərində iştirak etməklə təkrar imtahanda iştirak etsinlər”.

Lakin tələbələrin əvvəlki illərdən qalan kəslərinə heş bir güzəşt tətbiq edilmir və ya həmin kəsri bağlamaq üçün şərait yaradılmır. Bu nüans ən çox 4-cü kurs tələbləri üçün böyük problemə çevrilib.

Tələbə (Saleh Məmmədov): “Mən 4-cü kurs tələbəsi Saleh Məmmədov, qeyd edim ki, tarix, fizika, politologiya və fəlsəfə fənnindən kəsrim var. Bilirsiz, bu mövcud vəziyyətə görə yay məktəbi olmayacaq və bu səbəbdən mən diplom ala bilməyəcəm xahiş edirəm ki, bu məsələ ilə bağlı tələbələrə hər hansı bir köməklik olunsun”.

Kamran Əsədov -Təhsil eksperti: “Kəsr sayını hesablamışdılar ki, tutalım bizim 4 dənə və yaxud da 5 dənə kəsrimiz var onun 2-sini biz verəcəyik, 2-ci semestrdə digərlərini isə yay məktəbində iştirak etməklə hərbi xidmətə belə, magistraturaya, dövlət qulluğuna tam şəkildə akademik öhədlikləri yerinə yetirməklə gedəcəyik. İndiki halda isə onlara yay məktəbinin təşkili nəzərdə tutulmur”.

Ekspertlər də bildirir ki, mövcud vəziyyətdə əsas məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır və bu mövzuda universitetlər də tələbələrə yardım etməlidirlər.

Elşən Qafarov – Ekspert: “Düşünürəm ki, pandemiya dövründə ən azı universitetlər daha yaxşı olardı ki, vəziyyəti nəzərə alaraq bütün təhsil kreditləri və təhsil kreditlərinə görə ödənilən vəsaitlər bu dövrdə pandemiya dövründə universitetlər tərəfindən tələbələrin xeyrinə bağışlanılsın”.

Kamran Əsədov -Təhsil eksperti: “Nazirlər kabineti və Təhsil Nazirliyi mütləq şəkildə bunu nəzərə almalıdır. Yəni əvvəlki illərdə kəsr sayında iştirakla bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Hesab edirəm ki, bu məhdudiyyəti də biz 5-ə qədər qaldırmalıyıq ki, təhsilin əlçatanlığı təmin olunsun”.

Qeyd edək ki, bu il mövcud vəziyyətlə əlaqədar olaraq bir neçə universitetdə 2 –ci smestr ümumiyyətlə ləğv olundu, bəzilərində isə imtahanlar onlayn qaydada həyata keçirildi.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər