Bakıda avtomobil motosikletlə toqquşdu, sürücü xəsarət aldı
Bakıda minik maşını motosikletlə toqquşub. dogruxeber.tv bildirir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qəza paytaxtın “Koroğlu” metrostansiyası yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində motosiklet sürücüsü yüngül xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.