hadise
2.07.2020, 10:38
Azərbaycanda zəlzələ olub

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal gücündə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Yeni Sabah”a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:01-də qeydə alınıb.
Ocağı 18 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
(Yenisabah.az)


