Qazax rayonunun Daş Salahlı kəndində “QEDEİR” markalı kombaynın salonu və mühərrik hissəsi qismən yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, kombaynın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.