hadise
7.07.2020
Bakıda mağazada oğurluq hadisəsi baş verib

Bakıda mağazada oğurluq hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1 700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev saxlanılıb.


