sosial
11.07.2020, 12:36
Türkiyəyə getmək istəyənlərə şad xəbər: Gələn həftədən...

Türk Hava Yolları (THY) iyulun 14-dən etibarən Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçirəcək.
dogruxeber.tv bildirir ki, bu barədə Axar.az-a Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, biletlər www.turkishairlines.com saytında qısa zaman ərzində satışa çıxarılacaq.
Yeni uçuş planı aşağıdakı kimidir:
Çərşənbə axşamı:
İstanbul Bakı 01:05
Bakı İstanbul 07:35
Çərşənbə:
İstanbul Bakı 06:45
Bakı İstanbul 12:05
Cümə:
İstanbul Bakı 06:45
Bakı İstanbul 12:05
Şənbə:
İstanbul Bakı 01:05
Bakı İstanbul 07:35


