dunya
15.07.2020, 11:49
Ermənistanda yoluxanların sayı 33 mini keçdi

Ermənistanda sutka ərzində daha 515 nəfər koronavirusa yoluxub.
dogruxeber.tv erməni KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 005-ə çatıb. Sutka ərzində daha 11 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 592 nəfərə yüksəlib.
Koronavirusa yoluxmuş 5 nəfər isə digər səbəblərdən vəfat edib (ümumilikdə 189).
Qeyd edək ki, martın 16-dan avqustun 12-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub.


