hadise
18.07.2020
Bakıda 67 yaşlı piyadanı avtomobil vurdu

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
dogruxeber.tv APA-a istinadən xəbər verir ki, hadisə Nobel prospektində baş verib.
1953-cü il təvvəllüdlü Vaqif Ağakərim oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik maşını vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.


