ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olunub










Baş konsul Nəsimi Ağayevin Los-Ancelesdə erməni daşnaklarının azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı yazdığı məqalə 26 iyulda ABŞ-ın “Medium” onlayn media platformasında dərc olunub.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məqalədə baş konsul hadisə haqda ətraflı məlumat verərək, Los-Ancelesdəki Baş Konsulluğumuz qarşısında aksiya keçirən erməni daşnaklarının Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətinə, eləcə də, ölkəmizə qarşı həyata keçirdiyi son hərbi təxribatına etiraz edən 50-yə yaxın həmyerlimizə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır.

N.Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdirib.

N.Ağayev sonra dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los-Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də, ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir və onların açıqlamalarından sitatlar gətirir.

Baş konsul Los-Ancelesdə fəaliyyət göstərən digər bütün icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları bu nifrət zəminində törədilmiş cinayəti qınamağa çağırır və bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.

Həmçinin, N.Ağayev qeyd edir ki, ABŞ-da doğulmuş və Los-Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir ki, bu da istənilən icma üçün və gələcək nəsillər üçün olduqca zərərli bir haldır.

Məqalə ilə bu linkdə tanış olmaq olar: https://link.medium.com/rRVPXJlhs8

Son xəbərlər

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Bütün xəbərlər