idman
27.07.2020, 17:19
“Yuventus” ardıcıl doqquzuncu dəfə İtaliya çempionu oldu - VİDEO
![]()
İtaliyanın "Yuventus” klubunun futbolçuları vaxtından əvvəl ölkə çempionluğunu bayram ediblər.
"İnterfaks” xəbər verir ki, öz meydanında "Sampdoriya” üzərində qələbə qazanan "Yuventus” (2:0) sona iki tur qalmış ardıcıl doqquzuncu çempionluğu qeyd edib.
Ümumilikdə isə, "Qoca sinyora” 36 dəfə futbol üzrə İtaliya çempionatının qızıl medallarına sahib çıxıb.


