Polis reyd keçirdi, 380 nəfər cərimələndi










Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Həmin şəxslərin diqqətinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara metodiki göstərişlərə əməl etməlidir.
Reydlər zamanı avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər də müəyyən edilərək cərimələniblər. Nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Ümumilikdə son reydlər zamanı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduqlarına görə ümumilikdə 380 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərdən 261-i tibbi maskalardan istifadə etmədiklərinə, 119-u isə karantin qaydalarının tələbini pozaraq icazəsiz yaşayış yerini tərk etdiklərinə görə cərimələniblər. Karantin qaydalarını pozan 3 nəfər isə inzibati qaydada həbs edilib. Tələbləri pozaraq qanunsuz olaraq fəaliyyət göstərən 3 kafe və restoran da müəyyən edilərək həmin obyektlərin sahibləri barəsində sərt tədbirlər görülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlərin görülməsi təmin ediləcək.
(Yenisabah.az)

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər