Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq





Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas prioritet hədəfidir.

Prezident İlham Əliyev daim qətiyyətlə bildirir ki, Ermənistan münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarının azad etmək üçün istənilən an hərbi əməliyyatlara başlaya bilər. Bu gün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib və bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq.
İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Mənfur düşmən işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Son 20 gündə Ermənistanın müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Buna görə də erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır.
Son günlərdə Ermənistan baş nazirinin ölkəmizə qarşı irəli sürdüyü yeddi şərtə nəzər salsaq görərik ki, bu şərtlərin heç biri qəbuledilən deyil və Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar apara bilməz. Erməni xalqı başa düşməlidir ki, onu idarə edən siyasi rejimlər həmişə Qarabağ “kart”ından istifadə etməklə bütün erməniləri aldadır və eyni zamanda da erməni xalqının taleyini Qarabağ problemindən asılı vəziyyətdə saxlayırlar. Əgər erməni xalqı bundan sonra da acınacaqlı yaşayış tərzinin davam etməsini və erməni gənclərinin Qarabağda ölməsini istəmirsə müharibə canilərinin, siyasi quldurların və Sorosun nökərlərinin Ermənistanı idarə etməsinə son qoymalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” deməsi artıq danışıqlar prosesini məhv etdiyini sübut edir. Ölkə başçısının da qeyd etdiyi kimi, danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun və Azərbaycan Ermənistanın 7 şərtinin qarşısına yalnız bir şərt qoyur: Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır.

Son xəbərlər

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Bütün xəbərlər