Biləsuvarda qətl hadisəsi baş verib. dogruxeber.tv bildirir ki, şəhər ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyev bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)