dunya
11.08.2020
Paşinyanı tənqid edən ictimai fəal tutuldu

Ermənistan polisi qanunsuz olaraq "Vətəndaş şüuru" QHT-nin sədri Narek Samsonyanı saxlayıb. Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan "Facebook" səhifəsində bildirib.
O, Samsonyanın həbsinin şahidi olduğunu deyib: “Qollarından tutub maşına mindirdilər. Soruşdum ki, həbs edirsiniz? Əgər belədirsə, hansı əsaslarla azadlıqdan məhrum edilir? Cavab verdilər ki, o, polisə dəvət edilib. Ümumiyyətlə, dəvət olunduqda polis adamı qollarından tutmur. Narek Samsonyan naməlum istiqamətə aparılıb. Bu, qanunsuz hərəkət idi".
Xatırladaq ki, Samsoyan baş nazir Nikol Paşinyanı tənqid etdiyi üçün təzyiqlərə məruz qalıb. Bundan əvvəl də o, bir neçə dəfə saxlanılıb.
(Aqreqrator.az)


