sosial / idman
13.08.2020
Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycanlı iki idmançı antidopinq qaydalarını pozduğu üçün müəyyən müddətə idmandan uzaqlaşdırılıb.
dogruxeber.tv bildirir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Taekvandoçu Ramin Əzizov və cüdoçu Könül Əliyeva dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Ramin Əzizov 2, Könül Əliyeva isə 1 illik diskvalifikasiya edilib. Əzizovun cəzası fevralın 25-dən, Əliyevanınkı isə 19-dan hesablanır.
(Qol.az)


