hadise / idman / dunya
21.08.2020, 11:55
Məşhur futbolçu koronavirusa yoluxdu

Fransa yığmasının və “Marsel” klubunun üzvü Dmitri Payet koronavirusa yoluxub.
dogruxeber.tv bildirir ki, komandanın bütün üzvləri COVİD-19 testindən keçib və məşhur futbolçunun nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan “Marsel” – “Sent-Etyen” matçı təxirə salınıb.


