Prezident o klana müharibə elan edibsə... – Sensasion açıqlama












Klan - keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır. Əksinə, sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa maneə olurlar. Regionlarda qeyd olunan bölgələrdən olan elə qaniçən, feodal təfəkkürlü məmur-rəhbərlər​ var ki, onların​ vəzifədə qaldığı hər gün​ on minlərlə vətəndaşın​ iztirabı deməkdir. Ona görə də İlham Əliyev hansısa klana müharibə edibsə, bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır. Xüsusilə bunu həmin bölgənin insanları etməlidir.

dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində “Naxçıvan və Qərbi Azərbaycan klanları ilə münasibətin “soyuq müharibə”dən “isti müharibə” mərhələsinə daxil olması” iddiaları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünənə qədər deyirdilər ki, Prezident qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu – red.) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib:

“Prezident ilk gündən hər bir azərbaycanlının prezidenti olduğunu bildirib və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmağa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini​ düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra “regionçuluq mərəzi”nə yoluxan hansı​ keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olub? Sadəcə, dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən​ danışanlar utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən, klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”.

Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin akademik Ramiz Mehdiyevi aşağılaması barədə gəzən şayiələrə də münasibət bildirib:

“Prezident İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənlər boşboğazlıqdan başqa bir şey deyil. Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar. 2019-cu ildə ölkədə 70 minə yaxın​ ailə qurulub. Bu il isə gənclərimiz pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə​ toy edə bilmir. Onlar ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözləyirlər. On minlərlə sadə vətəndaşımız isə karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.​ İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər​ toy edə, karantin rejimini poza bilər, digərləri yox?! İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona​ hücum edənlər əslində​ təsdiq edirlər ki, onlar​ məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər”.

Son xəbərlər

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Bütün xəbərlər