Deputat : Xalqımızın hər bir nümayəndəsi hər an döyüşə hazırdı





96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov əsgərə dəstək aksiyasına qoşularaq cəbhəyə təkər göndərdi. Deputat bu barədə öz şəxsi facebook hesabında paylaşım edib.

​”Əziz seçicilər, əziz dostlar !

Bildiyimiz kimi ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra orduya dəstək məqsədilə Bakı və ətraf rayonlardan səngərlərin möhkəmləndirilməsi üçün işlənmiş təkər şinləri yığılaraq cəbhənin müxtəlif istiqamətlərinə göndərildi. Burada təkərlər qəbul edilir və igid hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə və daldalanacaqlarda istifadə olunur.
​Dünən nümayəndəmiz Elçin Cahangirovun vasitəsilə Bakıdan göndərdiyimiz bir tır təkər şinini Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə göndərdik. Hərbçilərimiz və könüllülərimiz təkər şinlərinin yerləşdirilməsində yaxından köməklik göstərdilər. Mən bu aksiyada bizə dəstək olan və əməyi keçən hər kəsə ilk növbədə isə gənc hərbçilərimizə və könüllülərimizə təşəkkür edirəm.
​Əziz dostlar!
​Əsgərlərimiz bu gün cəbhənin ön xəttində düşmənə qarşı mübarizə aparırsa, vətən torpağının qorunması yolunda canını qurban verirsə, biz də arxa cəbhənin əsgərləri kimi hər zaman onlara dayaq olub, hərbçilərimizin ruh yüksəkliyinin daha da artırılması, əsgərlərimizə mənəvi dayaq olmaq və ictimaiyyətin ordu ilə birliyini gücləndirmək yolunda əlimizdən gələni etməliyik.
​Sonda öz adımdan və təmsil etdiyim 96 saylı Goranboy-Naftalan seçki dairəsinin seçiciləri adından Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edir, ərazi bütövlüyümüzün bərpasına sonsuz inamımızı bildirir, Ali Baş Komandan əmr verərsə özüm başda olmaqla, xalqımızın hər bir nümayəndəsinin hər an döyüşə hazır olduğunu qeyd etmək istəyirəm.
​YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ!
​YAŞASIN QÜDRƏTLİ AZƏRBAYCAN ORDUSU!”.
(Yenigundem.az)
Deputat : Xalqımızın hər bir nümayəndəsi hər an döyüşə hazırdı
Deputat : Xalqımızın hər bir nümayəndəsi hər an döyüşə hazırdı
Deputat : Xalqımızın hər bir nümayəndəsi hər an döyüşə hazırdı

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər