hadise
3.09.2020, 12:25
Bakıda mağazadan oğurluq edən ələ keçdi

Bakıda mağazadan oğurluq edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4200 manat pul və iki ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.


