Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir - Fotolar












Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qrumların əməkdaşlarından ibarət xüsusi hazırlıq keçmiş dezinfektorlarla görüşüb.

dogruxeber.tv “Qafqazinfo”a istinadən xəbər verir ki, dezinfektorları salamlayan İcra başçısı onlara gördükləri işin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın müdrük rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, infeksiyanın yarada biləcəyi fəsadların aradan qaldırılması, sosial təcridin gücləndirilməsi ilə bağlı qəbul etdiyi qərarların, tapşırıq və tələblərin Şirvan şəhərində də ardıcıl yerinə yetirildiyini bildirib.

Məhz dezinfektorların fədakar fəaliyyətləri sayəsində koronavirus infeksiyasının şəhərdə yayılma sürətinin və əhatə dairəsinin genişlənməsinin qarşısının alındığını qeyd edərək onlara təşəkkürünü bildirib. Dezinfeksiya məhlulları və avadanlıqlarla təchiz olunmalarının vəziyyəti ilə maraqlanıb. Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mehdixan Süleymanova və İcra Hakimiyyətinin məsul əməkdaşlarına zəruri tapşırıqlar verib.

Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə və tədbirlər planına uyğun olaraq ərazidə tibbi-proflaktik və dezinfeksiya işlərinin gücləndirilmiş qaydada davam etdiyini qeyd edib. Onlara bu xeyirxah fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra şəhərin mərkəzi küçə və prospektlərində, məhəllələrdə, ictimai binaların həyətlərində, giriş bloklarında, zirzəmi və lift kabinələrində, məişət tullantı konteynerlərində, istirahət parklarında, uşaq-əyləncə və idman qurğularında, sərnişindaşıma xidməti ilə məşğul olan avtobus və dayanacaqlarda təkrar dezinfeksiya işlərinə başlanılıb. Yerlərdə tibbi-proflaktik işlərə, sanitar-gigiyenik vəziyyətə nəzarətin daha da gücləndirilməsi haqqında müvafiq tapşırıq və tövsiyyələr verilib.
Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir - Fotolar
Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir - Fotolar
Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir - Fotolar
Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir - Fotolar

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər