DİQQƏT: Artıq pensiyanı BU YAŞDAN alacaqsınız













Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.

Bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır:

“Bu məbləğ (staja görə yaranan kapital) indeksləşdirilir. 2006-cı ildən sonrakı bütün illərin indeksləşmə əmsalına uyğun olaraq aparılır. 2006-cı ilədək 25 il və ya daha çox stajı varsa, qeyd olunan qaydada kapitala çevrilir və pensiyanın məbləği hesablanır. Hesablanmış pensiyanın məbləği minimum pensiyadan az olduqda minimuma çatdırılmaqla ödənilir.

Yaşa görə minimim kapital tələbi 1 iyul 2018-ci ilədək 1 qəpikdir. Belə ki, 2019-cu ilin yanvarın 1-dən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ildən sonra 2018-ci ilin iyunun 1-dək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edilməklə əmək pensiyası təyin olunur.

Yaşa görə ümumi əsaslarla pensiyanın sığorta hissəsi 1 yanvar 2006-cı ilədək staja əsasən formalaşan kapitalla 1 yanvar 2006-cı ildən sonra ödəmiş olduğu sığorta haqlarına əsasən formalaşan kapitalın cəminin 144-ə nisbəti şəklində hesablanır. Belə ki, əmək pensiyalarının məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin yanvarın 1-dən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan və 2006-cı ildən sonrakı dövr ərzində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Ümumi əsaslarla yaşa görə pensiya təyinatı üçün vətəndaş pensiya yaşına çatılmalıdır, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Fərdi hesabın sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə şəxsin azı 25 il sığorta stajı olmalıdır. 2020-ci il iyulun 1-dən pensiya təyin olunması üçün yaş həddi kişilərdə 65, qadınlarda isə 62 yaş müəyyən edilib.

Hazırda ölkəmizdə minimum pensiya məbləği 200 manat təşkil edir.

Əmək pensiyasının məbləği vətəndaşın gəlirlərindən ödədiyi sığorta haqqından asılı olduğu üçün pensiyanın maksimum məbləğinə məhdudiyyət qoyulmayıb. Yəni vətəndaş nə qədər çox kapital toplayarsa, ödənişinin qarşılığında bir o qədər də çox pensiya ilə təmin olunur”.
(Big.az)

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər