hadise
18.09.2020
Bərdədə qadından şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə bu il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.
dogruxeber.tv bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
(Apa.az)


