dunya
22.09.2020, 11:45
ABŞ Şimal axını-2-yə qarşı koalisiya yaradır

ABŞ Şimal axını-2 qaz kəmərinin tikintisini bitirməyə müqavimət göstərmək üçün koalisiya yaratmaq niyyətindədir.
dogruxeber.tv bildirir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Biz ümid edirik ki, Şimal axını-2 başa çatmayacaq və çalışırıq ki, onun qarşısının alınması üçün koalisiya yaradaq. Biz ümid edirik ki, Almaniya hökuməti bu tərəfdən situasiyaya baxacaq”, – deyə o bildirib.
Pompeo Şimal axını-2 kəmərinin təkcə Avropaya yox, Ukraynaya da təhdid olduğunu söyləyib.
(Axar.az)


