gundem
4.10.2019, 13:54
Bu ay iki ulduz axını olacaq

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.
dogruxeber.tv xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq.
Göydə təxminən saatda on ulduz axını görünəcək.
Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.
Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq. /Demokrat.az


