gundem
3.07.2018
Xeyli sayda qanunsuz telefon keçirmək istədilər - Çay axını ilə...

İyunun 29-u DSX əməkdaşları külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısını alıblar.
"Qafqazinfo" xəbər verir ki, saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


