Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır





Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Barbara Hendriks “Deutche Welle” kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

Hendriks beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu, Ermənistanın isə beynəlxalq hüquq normalarına uyğun hərəkət etmədiyini qeyd edib.

O, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları prosesində hər hansı bir ümid varmı?” sualına cavabında bildirib: “Düşünürəm ki, sülh prosesi üzərində dayanmadan işləmək lazımdır. Bu səbəbdən ATƏT rəhbərləri MİNSK Qrupu üzvləri Fransa Rusiya və ABŞ-a bu istiqamətdə çalışmalara davam etməyə çağırıblar. Ancaq hər şeydən əvvəl hərbi toqquşmaların dayandırılmasına nail olmaq lazımdır. Yerevan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımalıdır”.

Hendriks daha sonra “Qeyd etdiyiniz ölkələr, yəni Fransa, ABŞ və Rusiya arasında geosiyasi müstəvidə anlaşılmazlıqlar mövcuddur. Necə düşünürsüz bu üç ölkə Dağlıq Qarabağ münaqişəsində ortaq dil tapa biləcəklər?" sualını şərh edərkən qeyd edib: "Ən böyük problem ondan ibarətdir ki, Ermənistan yenə də beynəlxalq hüquqa uyğun addım atmağa razılaşmadı. Hazırki gərginləşməyə görə kimin məsuliyyət daşıdığını deyə bilmərəm ancaq birmənalı olaraq aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.
(Virtualaz.org)

Oxunub: 666

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər