İğdırda Azərbaycana dəstək aksiyası təşkil edildi









Türkiyənin İğdır şəhərində Ermənistanın son hərbi təxribatına etiraz və Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib.

dogruxeber.tv bildirir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin təşkil etdiyi birgə tədbir Ermənilər tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi önündə gerçəkləşdirilib.

“Azərbaycan yalnız deyil” şüarı ilə baş tutan tədbirdə vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxış ediblər.

Ermənistanın terrorçu dövlət olduğunu xatırladan natiqlər bildiriblər ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır, İğdırın vətəndaş cəmiyyəti də Azərbaycanın, yalnız olmadığı ismarıcını vermək üçün bir araya gəlib.

“Ermənistan qanunlara məhəl qoymayaraq mülki əhaliyə hücum edir və tez-tez atəşkəs rejimini pozur. ATƏT-in Minsk qrupu problemi həll edə bilmir. Qarabağ Azərbaycan torpağıdır və belə də qalacaq. Azərbaycanın yanındayiq və yanında olmağa da davam edəcəyik. Azərbaycan erməni təxribatlarına lazımi cavabı verir. Təcavüzkar Ermənistanı qınayırıq”.

Tədbir iştirakçıları bu bəyanatı dəstəklədiklərini bildiriblər və Azərbaycanı yalnız buraxmayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Son xəbərlər

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Bütün xəbərlər