sosial
6.10.2020
Bərdə rayonunun qaz təchizatı bərpa olunub

Bərdə rayonunun qaz təchizatı bərpa olunub.
dogruxeber.tv bldirir ki,bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyində (İB) yaradılan qərargahdan məlumat verilib.
Bildirilib ki, 05.10.2020-ci il tarixində saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir.


