idman
6.10.2020, 11:01
Ermənilərə daha bir zərbə - Bu dəfə UEFA-dan

Ermənistan və Albaniya arasında oktyabrın 7-də İrəvanda keçirilməli olan yoldaşlıq oyunu baş tutmayacaq.
Dogruxeber..az bildirir ki, informasiyanı Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanı ləğv edib.
Bundan başqa, UEFA-nın ermənilərin Millətlər Liqasının 3-cü turunda Gürcüstanla oktyabrın 11-də oynayacağı ev oyunu barədə yaxın günlərdə qərar qəbul edəcəyi bildirilib. Görüşün neytral meydanda olacağı gözlənilir.


