idman
31.03.2018, 14:10
UEFA Albaniya çempionunu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb

UEFA son Albaniya çempionu "Skenderbeu” futbol klubunu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Klub danışılmış oyunlarda iştirak etməkdə təqsirləndirilib.
UEFA müfəttişlərinin hazırladığı raportda 50-dən çox danışılmış oyunun adı qeyd edilib.
"Skenderbeu”nun 2015-2016-cı il mövsümündəki çempionluğu da ləğv edilib. Klub, həmçinin 1 milyon avro cərimə olunub.
Qeyd edək ki, "Skenderbeu” 2016-2017-ci il mövsümündə 1 il avrokuboklardan kənarlaşdırılmış və çempionluğu əlindən alınmışdı.


