Oktyabrın 8-də Xəzər dənizində maqnitudası 3.4 bal gücündə olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:36-da qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. (Oxu.az)