Ombudsman “Amnesty International” təşkilatına açıq məktub ünvanladı















Məlum olduğu kimi, oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat paylaşıb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir bəyanat yaymazdan əvvəl beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Ermənistan tərəfindən işğal faktını tanıyan və qınayan, habelə işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən, eyni zamanda beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət prinsiplərini bilavasitə ehtiva edən BMT-nin münaqişəyə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad etməyə çağırıb.

Müraciətdə, eyni zamanda beynəlxalq humanitar hüququn hərbi münaqişələr zamanı mülki şəxslərin və obyektlərin müdafiəsinə əsaslanan qaydaları bir daha xatırladılaraq, Ermənistanın həmin müddəaları etnik azərbaycanlı mülki şəxslərin öz torpaqlarından didərgin salınması, mülki şəxslərə və obyektlərə hücumlar etməklə pozduğu bildirilib.

Müvəkkil 30 ilə yaxındır Ermənistanın işğal etdiyi torpaqları öz nəzarətində saxladığını, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olduğunu vurğulayıb. Bu zaman çərçivəsində Ermənistan müharibə cinayətləri, soyqırımı kimi insanlıq əleyhinə cinayətləri davam etdirib.

Müraciətin sonunda müvəkkil Səbinə Əliyeva sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin mütəmadi surətdə ölkənin müxtəlif şəhərlərini, Gəncə, Beyləqan, Tərtər, Yevlax, Füzuli rayonunun Horadiz şəhərlərini, oradakı mülki şəxsləri və obyektləri ağır artilleriyadan atəşə tutduğunu, oktyabrın 7-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket atəşi ilə hədəfə almaqla, nəinki bütövlükdə regionun, hətta Avropa ölkələrinin də enerji təhlükəsizliyinə böyük təhlükə yaratdığını vurğulayıb.

Qeyd olunub ki, müvəkkil tərəfindən beynəlxalq təşkilatlara baş vermiş hücumlar nəticəsində mülki əhalinin pozulmuş hüquqlarına dair müxtəlif bəyanatlar ünvanlandığı, o cümlədən məlum hadisələrlə bağlı yerində faktaraşdırıcı missiyalar həyata keçirildiyi və onlar əsasında toplanmış dəlillərdən istifadə edilməklə, hesabatlar hazırlanıb göndərildiyi bildirilib.

Sonda Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatları apardığını nəzərə alaraq, BMT qətnamələrini kobudcasına pozan Ermənistandan bu işğala son qoymağı tələb etməyə, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin geri qaytarılmasının təmin edilməsi məqsədilə beynəlxalq QHT-ləri münaqişə ilə bağlı hesabatlar hazırlayan zaman ədalətli olmağa və ikili standartlara yol verməməyə çağırıb.
(Oxu.az)

Oxunub: 599

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər