dunya
14.10.2020, 16:16
Rusiya bu ölkələrə də uçuşları bərpa edir

Rusiya noyabrın 1-dən etibarən Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir.
dogruxeber.tv bildirir ki, bu barədə jurnalistlərə Koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.
Noyabrın 1-dən etibarən Serbiya (Moskva-Belqrad) və Kubaya (Moskva-Kayo-Koko, Moskva-Santa-Klara) həftədə iki reys, Yaponiyaya isə (həftədə iki dəfə Moskva-Tokio və bir dəfə Vladivostok-Tokio) həftədə üç reys yerinə yetiriləcək.
Bundan başqa, Rusiyadan İsveçrə, Maldiv adaları, BƏƏ və Belarusa uçuşların sayı artırılacaq.
(Apa.az)


