Koronavirusla mübarizə aparmaqla ordumuza dəstək olmalıyıq












Azərbaycanda COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına ciddi və məsuliyyətlə əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində iyul ayından yoluxma hallarının kəskin azalmasına və stabilləşməsinə nail olunub. Görülən əks epidemik tədbirlərin səmərəliliyi nəticəsində xəstəxanalarda olan aktiv koronavirus xəstələrinin, eləcə də reanimasiya şöbələrində olan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı kifayət qədər azalıb. Lakin Azərbaycanda vəziyyət nəzarət altında olsa da, yoluxma saylarındakı stabillik əhalini arxayınlaşdırmamalı, virusun yox olması kimi anlaşılmamalıdır.
Əfsuslar olsun ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ötən gün koronavirus (COVID-19) infeksiyasına yeni 530 yoluxma faktı qeydə alındı ki, bu, artıq yenidən cəmiyyətimiz üçün növbəti həyəcan təbilidir.
İndi koronavirusla mübarizənin yeni mərhələsindəyik. Neçə vaxtdır virusla mübarizə apararaq, addım-addım onu yox etməyə doğru irəliləyirik. Həyatımızın normal məcraya düşməsinə çox az bir zaman qalıb. Və bunun tez bir zamanda olması isə birbaşa vətəndaşlarımızın sosial məsuliyyətindən və qoyulan qaydalara riayət etməsindən asılıdır. Unutmaq olmaz ki, biz cəbhədə mənfur düşmənlə mübarizə apardığımız bir zamanda cəmiyyətimiz, dünyamız üçün qlobal təhlükə olan koronavirus infeksiyası ilə də mübarizə aparırıq. Bu gün şanlı ordumuza dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması işinə layiqli töhfəsini verməlidir. Çünki bu məqamda biz fədakar həkimlərimizin əməyini də yaddan çıxartmamalıyıq. Artıq 10 aya yaxındır ki, həkimlərimiz, o cümlədən, orta və kiçik tibb personalı bütün dünyanı bürümüş koronavirusla mübarizədə ön cəbhədə vuruşurlar. Bu gün isə Azərbaycan həkimi düşmənlə səngərdə dayanan igid Azərbaycan oğullarını müalicə etmək üçün fədakarlıq nümayiş etdirirlər. Buna görə də belə bir zamanda hər kəs məsuliyyətli olmalı, tibbi maska taxmalı, sosial məsafəni gözləməli və həkimlərimizi yenidən koronavirus infeksiyası ilə mübarizə üçün arxa cəbhəyə çağırmamalıdır.
Əgər Azərbaycan əsgəri şərəf və ləyaqətlə çətinlik demədən torpaqlarımızın müdafisəi uğrunda böyük iradə və əzm nümayiş etdirirsə, hər bir Azərbaycan vətəndaşı da özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməli, bununla da şanlı qələbəmizə hər kəs öz dəstəyini ifadə etməlidir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
(İctimai.az)

Son xəbərlər

DSX-nin daha bir əsgəri vəfat etdi

İranda 88 gündən sonra internet qismən bərpa olundu

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Beynəlxalq axtarışda olan türk vətəndaşı Bakıya gətirilir

Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır

Kanada viza müraciətlərinə məhdudiyyət qoydu

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Livanda 24 saat ərzində 150 hədəf vurulub - İsrail açıqladı

Kaja Kallas: "Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq."

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

İspaniyada şok yaradan əməliyyat: Polis Baş nazir Sançezin partiyasına basqın etdi.

Xankəndi məhkəməsinə yeni sədr təyin edildi

Bu rayonlarda investisiya potensialı və biznes fürsətləri" mövzusunda işgüzar görüş keçirilib/FOTO

Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

Hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanıldı

İsrail Qəzzaya endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü iddia edir

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu

İsrailli nazir: “Trampa İranla müqavilə imzalamağa imkan verməyəcəyik”

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

Azərbaycanda bayram namazı qılındı

Özbəkistan 20 milyon sərnişin üçün yeni hava limanı və aviasiya infrastrukturunun genişləndirilməsini planlaşdırır

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Avropa Şurası bu dəfə Azərbaycanı alqışladı

Hacıqabulda oğurluq edən iki nəfər həbs olundu

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Bütün xəbərlər