Cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib












“Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycanın və Azərbaycan ordusunun inkişafı göz qabağındadır. Belə demək mümkündür ki, fərq müqayisə edilməyəcək qədərdir. Ermənistan isə I Qarabağ müharibəsində olduğu kimi indi də öz faşist mahiyyətini dəyişə bilməyib. İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi cəbhədəki məğlubiyyəti, minlərlə hərbçinin, yüzlərlə hərbi texnikanın ordumuz tərəfindən məhv edilməsini özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişləri ilə unutmağa çalışırlar. Bunun nəticəsidir ki, bu gün açıq döyüş meydanında Ermənistan özünün gücsüzlüyünü və acizliyini bir daha dərk etdikdən sonra yenidən terrora əl atmaqdadır.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusu artıq bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir: “Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ordunun şəxsi heyəti arasında ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Ölkədə və orduda mövcud vəziyyət Nikol Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Bununla da işğalçı ölkədə cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib və bu reallıq açıq şəkildə üzə çıxmağa başlayıb.”

Milli Məclisin deputatı vurğulayıb ki, bu gün ölkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb: “Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğunu bəyan etməlidir. Əks təqdirdə nəticələr onun üçün çox ağır olacaq və müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bir həmlədə torpaqlarımızı işğaldan azad edəcək, xalqımızı şanlı qələbələrlə sevindirəcək.”

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər