"Bu gecə Ermənistandan gəlmiş bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb"












Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin bu gün Hadruta hücumu barədə danışıb.

dogruxeber.tv Axşam.az-a istinadən xəbər verir ki, ölkə başçısı "Haber Global" telekanalına müsahibəsində Ermənistanın terror mahiyyətini nəzərə almağın lazımlığından danışıb:

"Onlar döyüş meydanında uduzurlar. Müzəffər Azərbaycan ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa şəhər, ya da kənd işğaldan azad edilir. Yaxud da ki, o kəndlərin ərazisi nəzarət altına alınır. Bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimizdədir, sadəcə olaraq o yaşayış məntəqəsinə hələ girməmişik.

Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanları edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır. Belə olan halda Ermənistan öz heyfini, öz məğlubiyyətini sivillərdən çıxarmaq istəyir. Bu, onların xislətidir. Xocalı soyqırımını törədənlər Gəncəyə hücumu da ediblər. Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox psixoloji sarsıntılar keçirir, onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir.

Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmağa cəhd ediblər. Mənə bu səhər verilən məlumata görə, bu gecə böyük, özəl komando qruplarından ibarət olan Ermənistandan gəlmiş bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə raport vermək üçündür. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır".

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər