gundem
26.10.2020
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
dogruxeber.tv Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, , COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda ümumilikdə 50486 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 41410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8397 nəfərdir.


