“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib











“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təqdim edilib.

dogruxeber.tv bildirir ki, bu barədə Milli Məclisin bugünkü növbəti plenar iclasında bildirilib.

Qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə birinci və ikinci oxunuşlarda heç bir əlavə və təklif olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bəhs edib.

Diqqətə çatdırılıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.

Dəyişikliyə görə, əsas anlayışların mənaları göstərilən maddədə “kvalifikasiya” anlayışında dəqiqləşdirmə aparılıb. Yeni varianta əsasən, şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsinə kvalifikasiya deyilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
(Oxu.az)

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər