dunya
5.11.2020, 15:44
Tanınmamış Kosovonun Prezidenti istefa verib

Tanınmamış Kosovonun Prezidenti Haşim Taçi istefa verib.
dogruxeber.tv bildirir ki, o, istefasını mətbuat konfransında elan edib.
O bildirib ki, bu addımı Kosovo prezidentliyinin bütövlüyünü qorumaq üçün atıb.
H. Taçi Kosovo müharibəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. O, Haqaada yerləşən xüsusi məhkəməyə çıxarılacaq.
(Apa.az)


