dunya
19.08.2020, 10:22
Malinin Prezidenti istefa verdi

Malinin Prezidenti İbrahim Bubakar Keyta üsyançılar tərəfindən tutulduqdan bir neçə saat sonra istefasını elan edib.
dogruxeber.tv bildirir ki, o, bu barədə Malinin Yayım və Televiziya Xidmətinin efirində çıxış edərkən bildirib: “Uzun illər mənə göstərdiyi dəstəyinə görə Mali xalqına təşəkkür edirəm. Bu andan etibarən istefa qərarımı və bütün səlahiyyətlərimi təhvil verdiyimi bildirmək istəyirəm”.
Prezident, həmçinin parlament və hökumətin buraxıldığını da elan edib.
(Qafqazinfo.az)


