sosial
12.11.2020, 14:37
Gələn yay Şuşada Kulinariya Festivalı keçiriləcək

Gələn il Şuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.
dogruxeber.tv bildirir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov Trend-ə açıqlamasında qeyd edib.
Bildirilib ki, tədbir avqustun 10-da start götürəcək və beş gün davam edəcək. Festival Qarabağ mətbəxinə həsr ediləcək və 5 nəfərdən ibarət qruplar yarışacaq.
İştirakla bağlı müraciətlər 1 iyun, 2021-ci ilədək qəbul ediləcək.


