Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib













Bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib. Açılışda Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu sevinci onlara yaşadan prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu ictimaiyyəti adından minnətdarlığını bildirib. Qışın yaxınlaşdığını və bununla əlaqədar havaların soyuduğunu xatırladan İ.Gülməmmədova Qobuluların bundan sonra qazla əlaqədar problemlərinin olmayacağını vurğulayıb.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.

Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib
Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkilib

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər