Anar Məmmədov: Torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin şərəf zəfəridir





“Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi. Bu isə bir daha onu sübut edir ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır və təbii ki dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da itkisiz və müharibəsiz işğaldan azad olunacaq. Bu əsasda Müzəffər Ali Baş Komandanın və şanlı Azərbaycan ordusunun xalqımıza yaşatdığı günlər və aylar hər kəsin yaddaşında əbədi qalacaq.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur: “Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımız bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Buna görə də biz bu gün heç bir itkisiz Ağdamı geri almağımıza görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarıq.”

Deputat onu da xatırladıb ki, Ağdamın işğalından sonra erməni silahlı birləşmələri xüsusi amansızlıqla еvlərə od vurub, mədəniyyət abidələrini dağıdıb, insanların əmlaklarını qarət еdib, şəhəri tərk еdə bilməyən dinc əhaliyə divan tutub: “Bu gün Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmayıb. Şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”ni xatırladır. Lakin biz inanırıq ki, qısa bir zamanda Ağdam yenidən köhnə günlərinə qayıdacaq. Hətta əvvəlkindən də yaxşı olacaq. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirmişdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə, Azərbaycan torpaqlarını güc yolu ilə azad edəcək. Azərbaycan əsgəri öz canı bahasına Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı və Qarabağın ürəyi olan Şuşanı düşməndən azad etdi. İlham Əliyevin diktəsi və uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağın status məsələsi ləğv olundu. Məğlubiyyətlə üzləşən Ermənistan Ağdamı, Kəlbəcəri, Laçını tərk etməyə razı oldu. Torpaqlarımızı azad etməklə Azərbaycan dövləti pozulmuş hüquqlarını bərpa etdi. Bu qələbə ilə ordumuz həm də beynəlxalq hüququn tələblərini həyata keçirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini dövlətimizin gücü və Ali Baş Komandanımızın iradəsi sayəsində icra etdik. Bununla da torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfərinə çevrildi.”

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər