hadise
3.12.2020
İdman kompleksi qarət olundu

Gəncədə idman kompleksindən oğurluq edilib.
dogruxeber.tv DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəpəz rayonu ərazisindəki idman kompleklərinin birindən 875 manat dəyərində 4 ədəd qapı, 3 qapı kilidi və hamam aksesuarları oğurlanıb.
Kəpəz rayonu Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Məmmədov saxlanılıb.


