hadise
2.12.2020
Keçmiş məhkum tədris mərkəzindən oğurluq etdi

Sumqayıtda oğurluq hadisəsi olub.
dogruxeber.tv DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, ərazisindəki tədris mərkəzlərinin birindən pul, müşahidə kamerası və Z.Ruhullazadəyə məxsus velosipedi oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.


