hadise
7.12.2020, 14:56
BDU-nun dosenti vəfat etdi
![]()
Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti Qarayev Fərhad Mirzəağa oğlu vəfat edib.
dogruxeber.tv “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
68 yaşında dünyasını dəyişən F.Qarayev 1972-1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1977-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.


