hadise
9.12.2020, 11:39
Bakıda yaşayış binasında yanğın

Bakıda yanğın qeydə alınıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


