dunya
9.12.2020, 16:45
İtaliyada tennis göydələni tikiləcək

İtaliyanın “CRA-Carlo Ratti Associati və Italo Rota” dizayner studiyasının arxitektorlarının maraqlı layihəsi əsasında tennis göydələninin tikintisi planlaşdırılır.
dogruxeber.tv bildirir ki, layihə müəllifləri torpağın qiymətinin baha olduğu ölkədə 8 nəhəng tennis kortunu bir-birinin üzərində quraşdırmaq qərarına gəliblər. Tennis kortları yüngül konstruksiyalardan hazırlanacaq və burada idman verilişləri translyasiya olunacaq.
Uzunluğu 90 metr və ümumi sahəsi 5,5 min kavdratmetr olacaq göydələndə modulları - kortları istənilən formada yerləşdirmək mümkündür.
(Yenisabah.az)


