hadise
10.12.2020, 10:32
Bakıda kişi dəm qazından zəhərlənərək ölüb

Bakıda dəm qazından ölüm hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, hadisə dekabrın 9-u saat 12:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.Belə ki, 1985-ci il təvəllüdlü Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


