hadise
11.12.2020
Goranboyda qadın qonaq getdiyi evdə zəhərləndi

Goranboya qonaq gələn Hacıqabul sakini dəm qazından zəhərlənib.
dogruxeber.tv bildirir ki, hadisə gecə saatlarında Aşağı Ağcakənd qəsəbəsində baş verib.İlkin məlumata görə, qəsəbəyə qonaq gələn 1961-ci il təvəllüdlü Hacıqabul sakini Talıbova Mahidə Ağarza qızı doğmalarının evində dəm qazından zəhərlənib.
Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


